Bu gün Putin və Netenyahu zirvəsi baş tutacaq

Zirvədə ana gündəm Suriyaya silah ixracı ilə bağlı olacaq
Bu gün Putin və Netenyahu zirvəsi baş tutacaq

Bu gün Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netenyahu Suriya məsələsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Soçidə bir araya gələcək. SİA-nın xarici mətbuata istindaən verdiyi xəbərə görə, liderlər iki məsələ ilə bağlı münasibətləri müzakirə edəcəklər.

İsrail rəsmilərindən "Ria Novosti"yə verilən açıqlamaya görə isə Netenyahunun Rusiyaya səfəri çərçivəsində ana gündəm Suriyaya silah ixracı ilə bağlı olacaq.

Qeyd edək ki, Suriyanın 2010-cu ildə Rusiya ilə S-300 raketlərinin şatışı ilə bağlı müqavilə imzaladığı və 900 milyon dollar ödəniş etdiyi ilə bağlı məsələyə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyaya yeni silah satışı olmadığını və keçmiş razılaşmaların yerinə yetirildiyini vurğulamışdı. Buna baxmayaraq, Lavrov S-300 raketlərinin nəqli ilə bağlı məsələyə açıq cavab verməmişdi.

Xatırladaq ki, mayın 6-da İsrailin Suriyaya etdiyi hava hücumundan sonra Putin və Netenyahu arasında telefon danışığı olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə