Fəzail Ağamalı: “Bu dövlət çevrilişinə cəhddən başqa bir şey deyil”

Fəzail Ağamalı: “Bu dövlət çevrilişinə cəhddən başqa bir şey deyil”

Millət vəkili, AVP sədri Fəzail Ağamalı müxalifətin yaratdığı Milli Şura ilə bağlı SİA-ya açıqlama verib. Mayın 28-də elan olunacaq Milli Şuranın ideyasının reallaşması üçün Azərbaycanda heç bir zəminin olmadığını deyən millət vəkili bildirib ki, bu qurum qeyri-dövlət qurumu mahiyyətini daşıyır: "Vaxtilə Azərbaycanda 2 dəfə Milli Şuranın yaradılması ideyası ortalığa gəlib və bu öz töhfələrini verib. Bu birinci dəfə 1918-1920-ci illərdə, ikinci dəfə isə 90-cı illərin əvvəllərində baş tutub. Bu Milli Şura isə İctimai Palata kimi yarandığı gündən iflasa məhkum olmuş bir qurumdur. Milli Şuranın tərkibində yer alan adlara fikir vermək bəzi fikirləri təstiqləmək üçün kifayət edir. Belə ki, Rüstəm İbrahimbəyov, Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər İctimai Palata və Ziyalılar Forumunda da var idi. Bunların sosial bazaları Müsavatın, AXCP-nin və Eldar Namazovun ətrafında olan 5-10 nəfərdən ibarətdir".

Millət vəkili F. Ağamalı Milli Şura ideyasının başqa tərəflərinə də aydınlıq gətirib. O qeyd edib ki, Milli Şuradan istifadə edib Azərbaycanda hansısa xarici dövlətin maliyyə dəstəyi ilə üsyan qaldırılsa və inqilab edilsə, bu, artıq dövlət çevrilişi cəhdindən başqa bir şey deyil: "Bu da qanunvericiliklə qadağandır və konstitusiya ilə birbaşa xəyanət və cinayət işidir".

Bütün xəbərlər Facebook səhifəmizdə