Politoloq: “Bu təşkilat dəfələrlə Azərbaycanla bağlı qərəzli mövqeyi ilə seçilib”

Politoloq: “Bu təşkilat dəfələrlə Azərbaycanla bağlı qərəzli mövqeyi ilə seçilib”

"Bu təşkilat dəfələrlə Azərbaycanla bağlı qərəzli mövqeyi ilə seçilib". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən söyləyib.

Politoloqun sözlərinə görə, hər bir beynəlxalq təşkilat, o cümlədən "Human Rights Watch" təşkilatı istəyir ki, onların hazırladıqları hesabatlar ictimai rəyə təsir etsin və bu da nəticədə rezonansa gətirib çıxarsın: "Əgər bu gün Azərbaycan ictimai rəyində insanların 99 faizi bu təşkilatı qərəzli təşkilat kimi tanıyırsa, onun yaydığı hesabatın da Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki belə təşkilatlar müxtəlif məqsədlər həyata keçirmək üçün fəaliyyət göstərirlər. Bu təşkilat artıq ifşa olunubsa və Azərbaycana qarşı münasibətində daima qərəzli mövqeyi ilə seçilirsə, hesab edirəm ki, bu təşkilatların yaydığı hesabatların nə ölkənin ictimai fikri, nə də siyasi palitrası üçün əhəmiyyəti yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə