Hikmət Babaoğlu: “Heydər Əliyev tarixi şəxsiyyət olaraq, Azərbaycanda tarix yaradıb”
"Ümummilli lider Heydər Əliyev Azərbaycanda tarix yaradan dahi şəxsiyyətdir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanla bağlı xidmətlərindən danışarkən deyib.
Baş redaktorun sözlərinə görə, Ulu öndər Azərbaycanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatının bütün sferalarına nüfuz edən insandır: "Məhz buna görə də, o, böyük irs yaradan nadir şəxsiyyətdir. Bu irsi politoloqlar politoloji irs kimi dövlətşünaslar dövlətçilik irsi kimi görürlər. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var Heydər Əliyev ideyaları da hər zaman yaşayacaq. Heydər Əliyevin gördüyü işlər Azərbaycana əbədi yol yoldaşı olacaq. Ona görə də cəmiyyətin əsas sosial sifarişindən meydana gələn dövlət məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu dövlət artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB