"BMT-də Azərbaycanın ünvanına deyilən qeyri-obyektiv fikirlər ikili standartlı siyasətin nümunəsi və qərəzli yanaşmadır. Azərbaycana beynəlxalq təşkilatların münasibəti göz qabağındadır. Onların düzgün qiymətləndirmə meyarları yoxdur." SİA-nın məlumatına görə, bu fikirləri BMT-nin İnsan Haqqları Şurasında Azərbaycanla bağlı səsləndirilən tənqidi fikirləri şərh edərkən millət vəkili Ülvi Quliyev deyib. O bildirib ki, əgər BMT özünü ali təşkilat hesab edirsə, onda birinci növbədə Qarabağla bağlı qətnamələri icra etdirsin. Azərbayacana münasibətdə qərəzli məqamlar həddindən artıq çoxdur.
Millət vəkili "Freedoom House" Təşkilatında növbəti dəfə Ermənistanın insan hüquqlarının qorunması baxımından Azərbaycandan öndə göstərilməsinə də münasibət bildirərək qeyd edib ki, Ermənistanın Azərbaycandan daha demokratik göstərilməsi tam ədalətsizlikdir: "Necə olur ki, Ermənistanda prezidentliyə namizədə sui-qəsd olunur, ancaq buna fikir vermirlər!? Bu, bir daha göstərir və açıq şəkildə ortadadır ki, Azərbaycanın tənqid olunması qərəzli, ədalətsiz mövqedən başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB