"Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycanın Xarici İşlər Nazirliyinin icazəsi olmadan səfər etmək həm beynəlxalq hüquq normalarına ziddir, həm də Azərbaycanın ərazi bütövlüyünə sayğısızlığın nümayişidir". SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Avropa İttifaqı Parlamentarilərinin Dağlıq Qarabağa səfər etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu məsələyə ölkə rəsmiləri də öz etirazlarını bildiriblər: "Lakin bu məsələnin digər bir tərəfi də var. Bundan öncə mənim də müəllifi olduğum "İşğal olunmuş Azərbaycan Əraziləri Haqqında" layihə Milli Məclisə təqdim olunub. Hesab edirəm ki, Azərbaycan Parlamentində belə bir qanunun qəbul olunmasına ehtiyac var. Həmin qanunda Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirilib, işğal olunmuş Azərbaycan ərazilərinə səfər edən xarici ölkə vətəndaşlarına, ayrı-ayrı qurumlara qarşı sanksiyaların keçirilməsi nəzərdə tutulub. Bu baxımdan yalnız bəyanatlarla kifayətlənməmək üçün və davamlı olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi üçün belə bir qanuna ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB