Milli Məclis "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik edib. SİA-nın xəbərinə görə, layihə barədə MM-in iclasında Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qeyd edilib ki, müvafiq dəyişiklik layihəsi MM-ə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub.
Dəyişikliyə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB