YAP nümayəndə heyəti Kambocanın Baş naziri, Kamboca Xalq Partiyasının lideri Xun Sen ilə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kamboca Xalq Partiyasının (KXP) dəvəti ilə bu ölkədə səfərdədir.
Səfər proqramına uyğun olaraq, YAP nümayəndə heyəti Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşüb. Görüşdə YAP ilə KXP arasındakı əməkdaşlığın fəaliyyətinin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
YAP nümayəndə heyəti, eyni zamanda, KXP-nin iqamətgahında olub, partiyanın baş katibi Say Çum və digər məsul şəxslərlə görüşlər keçiriblər.
Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan Sok An ilə görüşdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində perspektiv planlar müzakirə olunub.
YAP nümayəndə heyətinin Kambocaya səfəri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB