Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunub

Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı təntənəli mərasimdə nitq söyləyib. Sonra Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina, Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman çıxış ediblər.

Mərasim Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Daha sonra Prezident İlham Əliyev teatrın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə