Obama: "Bu məsələyə göz yummayacağıq"

Obama: "Bu məsələyə göz yummayacağıq"

"Dünya ölkələrinin kimyəvi silahdan istifadəsinə göz yummayacağıq". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahdan istifadəsinə dair fikirlərə münasibət bildirərkən deyib.

Obamanın sözlərinə görə, bu iddialar həm ABŞ, həm də BMT-nin nəzdində araşdırılacaq: "Biz müxtəlif dərəcəli əminliklə kimyəvi silahın istifadə faktı barədə danışa bilərik, lakin necə, nə vaxt və harada həmin silah istifadə olunub kimi suallar yaranır".

Prezident onu da qeyd edib ki, hazırda ABŞ hakimiyyətindəki məlumatlar ilkindir və bundan sonrakı araşdırmanın keçirilməsini tələb edir.

Qeyd edək ki, Obama bir müddət əvvəl kimyəvi silah istifadəsinin "qırmızı xətti keçəcəyini" və ABŞ-ın bu məsələyə tez və sərt şəkildə reaksiya verəcəyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə