Bayram Səfərov: "Azərbaycanın bütün meyarlar üzrə imkanı mövcuddur"

Bayram Səfərov: "Azərbaycanın bütün meyarlar üzrə imkanı mövcuddur"

"Dağlıq Qarabağın erməni icmasının ayrıca tərəf olaraq danışıqlara qoşulması absurd fikirdir. Bu separatçı rejim nəinki xarici dövlətlər, heç Ermənistan tərəfindən də tanınmayıb". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov belə deyib. Birliyin sədrinin sözlərinə görə, ermənilərin yeganə nicat yolu dialoqdan keçir: "Bunu beynəlxalq təşkilatlar da anlayır. Münaqişədə ədalətli tərəf kimi çıxış edən yalnız Azərbaycan və azərbaycanlılardır. Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər".

"Azərbaycanlıların doğma torpaqlarına qayıdacaqlarına əminəm. Buna da əminəm ki, Azərbaycan bayrağı Xankəndidə, Şuşada dalğalanacaq" – deyə qeyd edən Bayram Səfərov onu da bildirib ki, separatçılar, terrorçular və digər cinayətkarlarla mübarizə aparmaq Azərbaycanın daxili işidir və Azərbaycanın bütün meyarlar üzrə imkanı buna şərait yaradır.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə