Xəzər dənizinin hüquqi statusu ilə bağlı Tehranda keçirilən iclas başa çatıb
Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın işlənilməsi ilə bağlı Xüsusi İşçi Qrupun Tehranda keçirilən 32-ci iclası başa çatıb.
İclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil olunub.
İki gün davam edən iclasda Kommunike qəbul olunub.
Sənəddə bildirilir ki, Xüsusi İşçi Qrupu dostluq və səmimilik şəraitində səmərəli müzakirələr aparmış, Konvensiya layihəsinə bir neçə yeni təklifin əlavə edilməsi barədə razılıq əldə olunub.
Tərəflər 2010-cu il noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş üçüncü Zirvə Görüşündə qəbul edilmiş protokol qərarının həyata keçirilməsinin sürətləndirilməsinə tərəfdardırlar.
Xüsusi İşçi Qrupun 33-cü iclasının Bakıda keçirilməsi nəzərdə tutulmuşdur. İclasın vaxtı diplomatik kanallarla müəyyən olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB