“Heydər Əliyev haqqında yazılan hər bir əsərin dəyəri, qiyməti vardır”

Aydın Hüseynov: "“Heydər Əliyevin elmi irsi: nəzəriyyə və təcrübə” kitabı fikir yükü baxımından çox fundamental əsərdir”
“Heydər Əliyev haqqında yazılan hər bir əsərin dəyəri, qiyməti vardır”

"Yeni Azərbaycan Partiyasıının (YAP) yaradıcılarından biri, hakim partiyanın idarə heyətinin üzvü, professor Zahid Qaralovun Ulu öndər Heydər Əliyevlə bağlı yazdığı "Heydər Əliyevin elmi irsi: nəzəriyyə və təcrübə" ikicildlik kitabı həm tərtibat həm də fikir yükü baxımından çox fundamental əsərdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov professor Zahid Qaralovun müəllifi olduğu "Heydər Əliyevin elmi irsi: nəzəriyyə və təcrübə"si kitabına münasibət bildirərkən deyib.

A.Hüseynovun sözlərinə görə, Ümummilli lider özü böyük bir xəzinədir və Heydər Əliyev haqqında yazılan hər bir əsərin dəyəri, qiyməti vardır: "Zahid Qaralovun dahi şəxsiyyət haqqında yazdığı növbəti bu kitab isə onun irsinin öyrənilməsinə yeni bir töhvədir, baxışdır, Yəni, burada hər bir şey dövrün tələbinə uyğun olaraq yenilənməlidir. Deyərdim ki, bu kitabda bəzi şablonlardan qaçılıb əksinə ardıcıllıq gözlənilib".

Bütün xəbərlər Facebook səhifəmizdə