Prezident İlham Əliyev Filip Vuyanoviçi yenidən Monteneqro prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
SİA-nın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Azərbaycan-Monteneqro əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir: "Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi yolunda atdığımız qarşılıqlı addımlar əməkdaşlığımızın bütün sahələrdə ahəngdar inkişafı üçün daha da geniş imkanlar açır. Bu yaxınlarda qonaqpərvər ölkənizə etdiyim səfəri məmnunluqla xatırlayıram. Ümidvaram ki, birgə infrastruktur layihələrinin gerçəkləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB