Avropa Birliyi üzv Dövlətlərinin Xarici Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyinin (Frontex) icraçı direktoru İlkka Laytinenin dəvəti ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfər edib. Azərbaycanın Polşadakı səfirliyindən SİA-ya daxil olan məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Frontex Agentliyinin Mənzil Qərargahında İlkka Laytinen tərəfindən qəbul edilib.
Görüşdə sərhəd təhlükəsizliyi, inteqrasiya edilmiş sərhəd idarəçiliyi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın perspektivləri, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycan DSX və Sərhəd təhlükəsizliyi sahəsində Avropa Birliyi Üzv Dövlətlərinin Xarici Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyi arasında praktiki əməkdaşlığın yaradılmasına dair İşçi Razılaşması imzalanmışdır. Səfər zamanı DSX nümayəndələri Frontex Agentliyinin bölmələrinin fəaliyyəti ilə tanış edilib. Səfər çərçivəsində keçirilmiş görüşlərdə səfir Həsən Həsənov iştirak edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Varşavada keçirilən "Europoltech" sərgisində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB