Atəşkəs rejimi pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə