USAİD adminstratorunun müavini: “Azərbaycanda bütün fəaliyyətimiz şəffafdır”
Azərbaycanda USAİD-in bütün fəaliyyəti, layihələri maliyyələşdirməsi prosesi şəffaf şəkildə həyata keçirilir. SİA-nın məlumatına görə, bunu USAİD administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Peyc Aleksandr, jurnalistlərin USAİD-in saytında Milli Demokratiya İnstitutuna ayrılan vəsaitlərin nə üçün açıqlanmaması sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, demokratiya və idarəçilik sahələrində USAİD-in fəaliyyəti Azərbaycan cəmiyyətinin tələblərinə uyğundur: "Təmsil etdiyim təşkilat MDİ-nin şəffaf fəaliyyət göstərdiyinə şübhə ilə yanaşmır. Vəsaitlərlə bağlı məlumatların tam açıqlanmamağına gəldikdə isə, sizi əmin edə bilərik ki, gələcəkdə bu məsələlər daha diqqətlə izləniləcək və burada şəffaflıq tam təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB