Səfir Braziliyaya səfər edib

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyro şəhərinə işgüzar səfər edib. XİN-dən SİA-ya verilən məlumata görə, səfər zamanı Rio-de-Janeyro şəhərinin, həmçinin, eyni adlı ştatın yüksək rəsmiləri ilə görüşlər keçirilmiş və Azərbaycan-Braziliya münasibətlərinin müasir durumu və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda Rio-de-Janeyro Federal Universiteti, Kandido Mendes Universiteti, ölkənin aparıcı "beyin mərkəzləri" sayılan Braziliya Beynəlxalq Əlaqələr Mərkəzi və "Getulio Vargas Fondu"nun rəhbərliyi ilə keçirilmiş görüşlərdə birgə elmi tədqiqatların təşkil olunması, hər iki ölkənin akademik və ekspert dairələri arasında əlaqələrin yaradılması ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir Elnur Sultanov Rio-de-Janeyro Federal Universitetinin professor-tələbə heyəti qarşısında "Azərbaycanın xarici siyasəti və Azərbaycan-Braziliya əlaqələri" mövzusunda çıxış etmiş və auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə