Politoloq: “Hər iki halda hadisənin baş vermə ehtimalı var”

Politoloq: “Hər iki halda hadisənin baş vermə ehtimalı var”

"ABŞ-dakı 11 sentyabr hadisələrindən 12 il ötməsinə baxmayaraq, Amerikanın xüsusi xidmət orqanları hər zaman fəxrlə qeyd ediblər ki, 11 sentyabr hadisələri onlara bir dərs oldu və bundan sonra ABŞ ərazisində belə böyük terror aktları baş vermə bilməz". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ABŞ-da təşkil olunan Boston marafonunda baş verən partlayışa münasibət bildirərkən deyib.

E.Nəsirlinin sözlərinə görə, hələ Əl-Qaidə və onu müdafiə edən terror təşkilatları tərəfindən cürbəcür bəyanatlar verilirdi ki, tələsmək lazım deyil və istənilən halda 11 sentyabr hadisələrinin daha dəhşətli formada təkrarı baş verə bilər: "Bəli, bu hadisələr fonunda Bosfondakı partlayış terror aktı ola da bilər, olmaya da! Yəni bu məsələ hələ tam dəqiqləşməyib. Təbii ki, hadisə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hesab edirəm ki, hər iki halda hadisənin baş vermə ehtimalı var".

Bütün xəbərlər Facebook səhifəmizdə