YAP Siyasi Şurasının üzvü: “Dünya ölkələri Serj Sarkisyana öz həddini bildirməlidir”
"Ümumiyyətlə Ermənistan prezidenti Serj Sarkisyan birmənalı şəkildə terrorçu, beynəlxalq cinayət törədən, insanlığa sığmayan, bəşəri dəyərlərə uyğun gəlməyən, dar düşüncəli xarakterə malik bir insandır. Onun tərəfindən irəli sürülən bəyanatların hər biri sərsəm, anormal düşüncə tərzinə xas əlamətlərdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
YAP Siyasi Şurasının üzvününü sözlərinə görə, Ermənistanın istər iqtisadiyyatında istərsə də siyasətində anormallıq kifayət qədərdir: "İşğalçı ölkədə miqrasiya proseslərinin ardı-arası kəsilmək bilmir. Hətta əhali ölkədən köç edərkən belə rüşvətə yol verir ki, nə olur-olsun bu sıxıntıdan tez bir zamanda canlarını qurtarsınlar. Gəlin etiraf edək ki, artıq qondarma dövlətdə yaşamaq çox dəhşətli vəziyyətə çevrilib. Belə ki, artıq Ermənistanda uşaqdan tutmuş böyüyədək hər kəsdə mənəviyyatsızlıq, əxlaqsızlıq baş qaldırıb. Bu insanın özü Xocalı faciəsinin təşkilatlçılarından biri olmaqla böyük cinayətkar sahibidir. Terrorçuluq işğalçı ölkədə artıq bir siyasətə çevrilib. Məlumdur ki, dünyanın bir çox ölkələrində terror hadisələri reallaşdırılır. Hesab edirəm ki, sülhü, vətənpərvərliyi sevən bütün dünya ölkələri S.Sarkisyana öz həddini bildirməlidirlər. Bu gün Ermənistanda seçkilərdən sonra xaos vəziyyəti yaşanır".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarının birində deyib ki, "Əgər Türkiyə dövləti olmasaydı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış olacaqdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB