Politoloq Cümşüd Nuriyev "SƏS" qəzetinin əməkdaşı, jurnalist Samir Feyruzovun Müsavatın kordinasiya şurasının üzvü İbrahim İbrahimli tərəfindən təhqir olunmasına münasibət bildirib. Politoloq qeyd edib ki, əvvəla istənilən şəxsi təhqir etməyə heç kimi hüququ yoxdur. O, belə bir hərəkət eməklə özünün mədəniyyətdə, axlaqdan uzaq olduğunu nümayiş etdirib.
C. Nuriyev bildirib ki, İbrahim İbrahimlinin Naxçıvanda hansı səbəbdən döyülməsin də sizin "SƏS" qəzetinin nümayəndəsi olaraq heç bir günahınız yoxdur: "Bundan başqa KİV-lər haqqında Azərbaycanda qanun var. Jurnalistin müstəqil şəkildə informasiya əldə etməyə və dərc etməyə tam hüququ var. İ.İbrahimlinin bu yaşında, sacının, saqqalının ağardığı vaxtda jurnalistə qarşı bu cür ədəbsiz hərəkət edərək, jurnalistin şəxsiyyətini təhqir etməsi artıq onun əxlaqi problemlərinin olmasından xəbər verir. Jurnalistə qarşı bu hərəkətə görə, onun elədiyi bu hərəkətə görə adam utanır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB