Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusu qəbul edib. SİA-nın məlumatına görə, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı qeyd edilib, sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB