Bu gün bir qrup AXCP üzvü rayon sakinləri tərəfindən Saatlıdan qovulublar. SİA-nın Saatlı Rayon İcra Hakimiyyətindan aldığı məlumata görə, 05 aprel 2013-cü il tarixdə AXCP-nin Saatlı rayon şöbəsinin sədi Şamil Hacıbəyli İcra Hakimiyyətinə müraciət edərək 07 apreldə toplantı keçirilmələri üçün yer istəyib. Müraciətin 05 apreldə edilməsindən aydın görünür ki, 2 günə toplantının keçirilməsi üçün müvafiq yerin ayrılması texniki və digər səbəblərdən mümkün deyil.
Müraciətin nəticəsini gözləməyən AXCP-çilər öz partiyadaşlarını Saatlıda keçirmək istədikləri qanunsuz aksiyaya dəvət ediblər. AXCP rəhbərliyində təmsil olunan Həsən Kərimov, Gözəl Bayramlı, Nurəddin Məmmədli və Natiq Ədilov 07 aprel 2013-cü ildə Saatlıya təşrif buyuraraq Azad kəndinə gəliblər. Həsən Kərimovun azadlıq.info-ya verdiyi müsahibədə bildirib ki, guya Saatlıda camahat onların yolunu səbirsizliklə gözləyirmişlər və 3 kənddə artıq əhali ilə coşqulu görüşləri olub.
Əldə etdiyimiz məlumata görə, H.Kərimovun dediklərinin tam yalandır və onlarla görüşə gələn olmayıb, əksinə kənd sakinləri AXCP-çilərin gəlişindən hiddətlənərək onlardan getmələrini tələb ediblər.
Qeyd edək ki, AXCP-çilərin Azad kəndinə marşurutu Sabirabad rayonun Nizami kəndindən keçən yoldan başlayıb. Saatlının Qarayev, Çolpı və Fətəli kəndləri həmin yolun üstündə yerləşir. Həsən Kərimov həmin kəndlərin ərazisindən keçməklə guya əhali ilə görüşdüyünü iddia edib. Cəbhəçilər həmin yoldan hərəkət edərək Saatlıya, oradan isə arxa yolla Azad kəndinə AXCP-nin yerli şöbəsinin sədri Şamil Hacıbəylinin həyətinə gəliblər.
Məlumatda deyilir ki, burada AXCP rəhbərlərini başqa rayonlardan gələn cəmi 22 nəfər qarşılayıb. Daha Həsən Kərimovun dediyi kimi yüzlərlə Saatlı sakini həmin toplantıda iştirak etməyib. Azad kəndin sakinlərinin çağırılmamış qonaqlara qəzəbləndiyini görən AXCP funksianerləri ərazidən qaçmaq məciburiyyətində qalıblar. Ən böyük ifşaedici yalanlarını isə AXCP funksionerləri özləri təsdiq ediblər. Keçirdikləri tədbirin foto görüntülərinin uyğun gəlmədiyinin fərqinə varmadan azadlıq.info-da yerləşdiriliblər.
Şəkillərdə masanın baş tərəfində əyləşən AXCP-çilərin arxasında Azərbaycanın bayrağı asılıb. Adamların çox təsvir olunduğu digər şəkildə isə həmin hissədə bayraq görünmür. Cəbhəçilər foto şəkilləri montaj etməkdən də çəkinməyiblər. Mənbə onu da bildirib ki, AXCP sədri Əli Kərimli əslən Saatlı rayonundan olmasına baxmayaraq bu rayonda onun digər müxaliflər kimi tərəfdarı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB