“Milyarderlər İttifaqı” bu məsələlərə aydınlıq gətirməlidir” AÇIQLAMA

“Milyarderlər İttifaqı” bu məsələlərə aydınlıq gətirməlidir” AÇIQLAMA

"Bizim inanmağımız gəlmir ki, tanınmış insanların mövqeləri Azərbaycan qarşı belə olsun. Biz buna hələ də inana bilmirik". Bunu SİA-ya Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan jurnalistlər ittifaqının üzvü Əlihüseyn Şükürov "Milyarderlər İttifaqı" üzvlərinin Azərbaycan dövləti əleyhinə söylədikləri məsələlərə münasibət bildirərkən deyib.

Ə.Şükürovun sözlərinə görə, bu məsələlərə aydınlıq gəitirməlidir. Axı nəyə görə, ictimaiyyət üçün bu məsələlər qaranlıq qalmalıdır? Bunlar Azərbaycanın ordeninə layiq görülmüş şöhrətli, nüfuzlu insanlar idi: "Rusiya federasiyasının nəzdində olan 5 regiondan guya ki, bunlar müraciət qəbul ediblər ki, İttifaqa üzv olsunlar. Amma bu tamamilə yalan məlumatdır və vəziyyətin əleyhinə yönəlmiş bir addımdır. Bu insanlar Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporalarının rəhbərləridir. Həmin müraciətdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər yer alırdı və ÜATİ-yə, onun üzvlərinə qarşı aparılan kampaniya pislənilirdi. Müraciətdə, həmçinin ÜATİ-nin rəhbəri olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumunun həbsi də kəskin pislənilirdi. Hətta mən mətbuat vasitəsilə oxudum ki, onlardan Bakıya vəziyyəti aydınlaşdırmaq üçün gələnlərdə vardır. Ümumrusiya Azərbaycan Konqresi artıq bu istiqamətdə lazımi addımlarını atıblar".

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə yaradılıb. Konqres indiyənədək Rusiya federasiyasının 90-a yaxın regionunda öz fəaliyyətini davam etdirir. Bu sıralarda olan insanlar əsasən əsl azərbaycanlılar, azərbaycançılıq ideyalarına təbliğ edən, onların bayramlarını ən vacib tarixi hadisələrini qeyd edən təşkilat formasında yaradılıb və bu yöndə təbliğ olunur. Təşkilatın məqsədi ancaq dahi şəxsiyyət Heydər Əliyev ideyaları davam etdirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə