PA rəsmisi: “Qanunları pozan beynəlxalq QHT-lərlə əməkdaşlığı dayandıracağıq"
""Milli Demokratiya İnstitutu"nun və digər xarici QHT-lərin Azərbaycanda fəaliyyətini tənzimləyən qanunlar var". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, bu qanunlara əməl edəcəyi təqdirdə bütün beynəlxalq QHT-lərə Azərbaycanda fəaliyyət göstərmək üçün şərait yaradılacaq: "Azərbaycan hakimiyyəti və ölkənin bu sahə ilə məşğul olan qurumları ölkə qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan beynəlxalq QHT-lərlə əməkdaşlığı dayandıracaq. Bu qanunları pozan qurumların Azərbaycanda fəaliyyətinə imkan verməyəcəyik. Azərbaycan hakimiyyətinin iradəsi bundan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB