Zahid Oruc: “ABŞ nəyə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmir” AÇIQLAMA
"ATƏT-in Minsk qrupu həmsdərlərinin hazırki məqamda danışıqlarda baza prinsipləri və yaxud da ki digər detalların müzakirəsini təşkil etməsi haqqında müfəssəl məlumatlar yoxdur. Təxmin etmək olar ki, artıq Rusiyanın təkbaşına bu təşəbbüsü öz üzərinə götürməsindən sonra yetərli silahlı orduya belə malik deyildir". Bunu SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, niyə Avropa birliyi adından Fransanın, nə də artıq seçkiləri arxada qoyan və özünü bu regiona yönəlik yeni siyasi dəfələri ilə seçilən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səyləri özünü qabarıq şəkildə göstərmir? Halbuki, arzu olunan o idi ki, problemin sükunət vəziyyətindən çıxarılması və regionda hər zaman baş verə biləcək yeni silahlı qarşıdurmanın dəf edilməsi üçün müəyyən tədbirlər həyata keçirilsin: "Bizim üçün əsas hədəf ATƏT-in Minsk qrupunu kəskin tənqid edərək onun yerində yeni formatlar yaratmaq və yaxud həmin struktura başqa dövlətləri əlavə etmək deyil. Mən başlıca hədəfimi bölgədəki situasiyanı bütövlükdə öz xeyrimizə dəyişmək və ədalətin təmin olunması üçün beynəlxalq birliyi Ermənistana sanksiyalar tətbiq etməyə çatdırmaqda görürəm".
Z.Oruc deyib ki, bu situasiyanı formalaşdırmaq üçün də Azərbaycan dövləti ötən dövr ərzində xeyli siyasi və böyük maliyyə, iqtisadi proseləri irəli sürüb: "Lakin buna baxmayaraq etiraf etmək lazımdır ki, biz bundan sonrakı dövrdə hətta bu qurumu baykot etməklə yerində digər alternativləri formalaşdırmağı da bacarmalıyıq. Yəni söhbət təkcə bir qurumun işində iştirak etməkdə deyil, əvəzində biz hansı dini anti-ATƏT mexanizmini yaradacayıq və kimlər bura cəlb olunacaq. Həmin təşkilata daxil olan ölkələr nə dərəcədə ABŞ Rusiya ilə müharibə aparmaq imkanını özündə saxlayacaq. Məhz buna görə də Azərbaycan hər dəfə seyirçi mövqedə dayanaraq ATƏT-in Minsk qrupunun olduğuna və gətirəcək hansısa yeni sənədlərə baxmır əksinə özü bu prosesi hərəkətə gətirərək onu təsirləndirir və yeni situasiya yaradan bir səviyyədə fəaliyyət aparır. Belə desək ölkəmiz təşəbbüsü heç bir zaman öz əlindən vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB