"Sülh prosesinin ölü nöqtədən irəliyə doğru addımlaması üçün işğalçı Ermənistana qarşı addımlar atılmalıdır. Dağlıq Qarabağın rəsmi statusu müəyyən olunana qədər isə bu bölgənin azərbaycanlıları öz əvvəlki yaşayış məskənlərinə təhlükəsiz şərtlər daxilində qayıda bilmək imkanı əldə etməlidirlər". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bundan sonra icmalar öz aralarındakı dialoq şərtləri çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün vahid qərara gələ biləcəklər: "Artıq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında belə bir dialoqu başlatmaq lazımdır. Amma Ermənistan hakimiyyəti dinc insanlar arasında belə dialoqun baş tutmasına maneələr yaradır və Qarabağın erməni icmasına belə görüşlərdə iştirak etməyə imkan vermir. Əgər sülh əldə olunacaqsa, Azərbaycan dövlətinin imkanlarından Qarabağın erməni əhalisi də istifadə edə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB