Politoloq: “Ovannisyanın hərbçilərlə görüşü aranı qatıb”

Politoloq: “Ovannisyanın hərbçilərlə görüşü aranı qatıb”

Ermənistanın iki vətəndaşı Tavuş rayonu (Ermənistanın) istiqamətində sərhədi keçərək Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan tərəfi beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəçiliyi ilə həmin şəxsləri Ermənistana qaytarması kifayət qədər ciddi hadisədir. SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

"İlk dəfədir ki, Azərbaycan bu şəxslərin nə niyyətə sərhədi keçməsini yoxlamadan dərhal geri qaytarılması məsələsini qaldırdı və dərhal Ermənistan tərəfi vətəndaşlarına sahib çıxdı. Bu məsələ Ermənistanda ajiotaj yaratmadı. Bununla yanaşı Ermənistan Azərbaycanla sərhədini minasızlaşdırır. Bu minasızlaşdırma prosesini ABŞ-ın layihəsi əsasında Ermənistan Müdafiə Nazirliyi reallaşdırır. ABŞ bu addımı atmaqla Azərbaycanla Ermənistan arasında hərbi məsələlərlə əlaqəli etimadı möhkəmləndirmək istəyir. Eləcə də erməni əhalisində Azərbaycan hərbisi ilə bağlı olan qorxunu aradan qaldırmaq istəyir. Buradan üç maraqlı nəticə çıxır. Birincisi, ABŞ vəziyyəti ciddi şəkildə öz nəzarəti altına götürür. İkincisi, Ermənistan Rusiya qoşunları tərəfindən nəzarət olunmayan sərhədinin ABŞ tərəfdən nəzarət olunmasına razılıq verib. Ermənistan-Gürcüstan sərhədi də belədir. Həmin sərhəd ərazisi də Rusiya tərəfindən nəzarət olunmur, ABŞ və Aİ bu sərhəd ərazisində xeyli layihələr reallaşdırmışlar. Hətta gömrük və sərhəd strukturları Aİ-nin və ABŞ-ın ayırdığı maliyyə əsasında yenidən qurulub və funksiyalaşır. Üçüncüsü, Azərbaycan ABŞ-ın Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində aparılan işlərdən xəbərdardır və bəlkə də bu işlər Azərbaycanla razılaşdırılmış şəkildə aparır. Naziri Ermənistan-Azərbaycan sərhədinin minasızlaşdırılması ilə məşğul olduğu vaxtda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycanın Ermənistanla sərhədinə hərbi texnika yığdığı,aktivləşməsi barədə barədə məlumat yaydı. Bu Müdafiə naziri ilə ölkə rəhbərliyi arasında, eləcə də müdafiə nazirliyində müxtəlif qruplaşmalar arasında ciddi narazılığın daha bir əlamətidir. Prezidentliyə eks namizəd R.Ovannisyanın Qarabağda hərbçilərlə görüşü prezidentlə müdafiə naziri arasında narazılığı üzə çıxartdı", - deyə politoloq məsələyə aydınlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə