Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ (DQ) məsələsində qətiyyətli mövqeyi şübhə üçün heç bir əsas yaratmır. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə başçısı DQ münaqişəsinin tənzimlənməsinə bir növ biganə münasibət bəsləyən dövlətlərə qarşı kəskin mövqe nümayiş etdirir: "Son zamanlar bəzi xarici KİV-də Azərbaycanın heç bir vaxt Dağlıq Qarabağda müharibə etməyəcəyinə dair materiallar dərc edilir. Bunu da Azərbaycan prezidentinin ulu öndər Heydər Əliyevin oğlu olması və yüksək dünya görüşünə malik olması ilə əlaqələndirirlər. Ancaq son zamanlar Azərbaycan prezidentinin sərgilədiyi mövqe bunun əksini göstərir. Yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hər vasitədən istifadə edəcək. Azərbaycan prezidenti DQ münaqişəsinin tənzimlənməsinə bir növ biganə münasibət bəsləyən dövlətlərin rəsmilərinin ölkəmizə səfərləri zamanı kəskin mövqeyi buna nümunə ola bilər. Rusiya Federasiyasının pezidenti V.Putinin azərbaycanlı jurnalistin Dağlıq Qarabağ mövzusunda sualına kinayəli cavabından sonra Azərbaycan Prezidenti Rusiyadan gələn nümayəndələrin özü tərəfindən qəbuluna məhdudiyyətlər qoyub. Litva Seyminin Dağlıq Qarabağla bağlı qurum yaratmasından sonra Bakıya səfər edən Litva xarici işlər nazirini də Prezident İlham Əliyev qəbul etmədi. Moldovanın Ermənistana silah satmasından sonra, GUAM üzvü olmasına baxmayaraq, Azərbaycanın Moldova ilə əlaqələri minimumdadır. Bu hətta GUAM-ın işini zəiflədir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bundan əlavə ATƏT-in Minsk qrupu həmsədrləri DQ münaqişəsinin tənzimlənməsinə bir növ biganə münasibət bəsləyirlər. Azərbaycan Prezidenti bu münasibətə qarşı açıq mətnlə həmsədrləri günahlandırdı. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ məsələsində qətiyyətli mövqeyindən çəkilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB