Bu gün Bakı Dövlət Universitetində (BDU) "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda universitetin rektoru, professor Abel Məhərrəmov, Gənclər və İdman Nazirliyinin struktur rəhbərləri, millət vəkili Fəttah Heydərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BDU-nun və digər ali məktəblərin müəllim və tələbə kollektivi iştirak edib.
Abel Məhərrəmov konfransda cıxışında bildirib ki, Azərbaycanda gəncələr siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub: "Ölkənin sosial-iqtisadi inkişafinda, mədəniyyət sahəsinin tərəqqisində, hüquqi dövlət quruculuğunda gənclərin iştirakı gənclər siyasətinin təməlinin güclü olmasından xəbər verir. Gənclərin təhsil alması sahəsində dövlət tərəfindən bir çox uğurlu addımları atılıb, tələbələrin xaricdə təhsil alması, onların maliyələşdirilməsi gənclər siyasətinin bir hissəsidir". Dağlıq Qarabağ probleminin artıq dünya müstəvisində müzakirə edildiyini deyən rektor qeyd edib ki, bu problemin həllində artıq gənclər də söz sahibi olmalı, onlar da bu məsələlərdə iştirak etməlidir.
Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Heydər Əliyevin uğurlu azərbaycançılıq siyasətindən və onun gənclərə ayırdığı xüsusi diqqətdən danışıb. Gənclərin fəaliyyətində siyasətin vacibliyini vurğulayan sədr qeyd edib ki, ölkəmizdə gənclər siyasəti Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, bu gün Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı tutduğu vəzifədən və sosial statusdan asılı olmayaraq əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinə çalışmalıdır.
Qeyd edək ki, konfransda eyni zamanda gənclər siyasətinin digər ölkələrlə müqayisə edilməsi, siyasətin uğurlu nailiyyətləri barəsində məruzələr dinlənilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB