Mövqelərimiz atəşə tutulub

Cəbhə xəttində mövqelərimiz erməni silahlı bölmələri tərəfindən yenidən atəşə tutulub. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə