Əliməmməd Nuriyev: “QHT-nin ehtiyaclarını ödəmək üçün vəsait cəlb etməmişik”
"Ümumiyyətlə, Azərbaycanda Qeyri-hökümət təşkilatlarının (QHT) ehtiyacları ötən ilin nəticələri ilə müqayisə etsək 40 milyon manat təşkil edib". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev xarici təşkilatların Azərbaycan Vətəndaş cəmiyyətlərinə ayırdığı maliyyə vəsaitinə münasibət bildirərkən deyib.
Ə.Nuriyevin sözlərinə görə, bu məbləğin cəmi 10 milyon manatı bu və ya digər formada dövlət büdcəsindən QHT layihələrinin müsabiqəsinin təşkilinə yönəldilib: "Amma burada əsas rolu beynəlxalq donor təşkilatları oynayır. Beynəlxalq donorlar bu gün əhəmiyyətli şəkildə QHT layihələrinin maliyyələşməsində iştirak edir. Biz hələlik tam sürətdə QHT-nin ehtiyaclarını ödəmək üçün kifayət qədər maliyyə vəsaiti cəlb etməmişik. Əgər bu yönəldilmə prosesi reallaşarsa onda avtomatik olaraq beynəlxalq donorların bu proseslərə marağı olmayacaq. Bəzi ölkələrdə 200-300 ABŞ dollarından artıq nəğd alış-veriş belə qadağan edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB