Natiq Əliyev: “Çoxsaylı sənaye müəssisələrinin tikintisi davam etdirilir”
Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsi naminə neft amilindən səmərəli istifadə olunması Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində uzaqgörən, düşünülmüş bir siyasət olaraq daim ön planda olmuşdur. SİA-nın məlumatına görə bunu bu gün "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyev deyib.
Nazirin sözlərinə görə, "Əsrin müqaviləsi" nin imzalanması əslində Ulu öndərimiz Heydər Əliyev tərəfindən müstəqil dövlət qurujuluğunun əsas strateci istiqamətlərindən biridir. Bu gün keçmişə nəzər salarkən bir daha görürük ki, həmin dövrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapmış və sözsüz ki, bunun əsas, ən başlıja səbəbi həmin illərdə Ulu öndərimiz Heydər Əliyev tərəfindən uğurla, cəsarətlə həyata keçirilmiş Azərbaycanın Yeni neft strategiyası olmuşdur: "Ulu öndər Heydər Əliyevin Azərbayjana 1993-2003-cü illərdə rəhbərlik etdiyi dövrdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə imzalanıb, 21 saziş çərçivəsində xeyli işlər görülüb. Bu işlərə nəhəng "Çıraq-1" platformasının, sualtı neft və qaz kəmərlərinin, Səngəçal terminalının, Bakı-Novorossiysk və Bakı-Supsa ixraj neft kəmərlərinin inşasını, özüllərin və yeni platformaların tikinti sahələrinin bərpası, borulara beton örtük çəkilməsi zavodunun, "Dədə Qorqud", "İstiqlal" və "Qurtuluş" qazma qurğuların tikilib istifadəyə verilməsini, "İsrafil Hüseynov", "Süleyman Vəzirov" borudüzən gəmilərinin yenidən qurulmasını, "Azərbaycan" kran gəmisinin və istehsal üçün lazım olan başqa gəmi və qurğuların təmirini və modernləşməsini aid etmək olar. 1996-cı ilin fevral ayında Çıraq yatağından ilkin neftin hasilatı haqqında qərar qəbul olundu və uğurla həyata keçirildi. İlkin neft obyektlərinə Çıraq yatağında 105 metr dənizin dərinliyində qurulmuş bir dəniz qazma və hasilat platforması, Səngəçalədək 24 dyümlük bir sualtı neft kəməri, Neft Daşlarınadək 16 dyümlük bir sualtı qaz kəməri, Səngəçalda neft terminalı, Şimal və Qərb istiqamətində iki ixrac boru kəməri və Supsada bir ixrac terminalı daxil oldular".
N.Əliyev bildirib ki, tarix baxımdan ən qısa zaman ərzində iri həcmli layihələr gerçəkləşdi. 1999-cü ildə nəhəng "Şah-Dəniz" qaz-kondensat yatağı açıldı: "Bu səpkidə Azərbaycan neftinin və təbii qazının Türkiyəyə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri və Gənubi Qafqaz qaz boru kəməri vasitəsi ilə nəqli üçün Azərbaycan-Gürcüstan-Türkiyə dövlətləri arasında əldə edilmiş razılaşmalar və imzalanmış Sazişlər bu strategiyanın həyata keçirilməsinin ən önəmli addımları kimi qiymətləndirilir. Azərbaycan neftinin dünya bazarlarına nəql etmək üçün Bakı-Novorossiysk Şimal İxraj Boru neft kəməri tezliklə bərpa edildi və 1997-ci ildə istifadəyə verilmişdir. Azərbaycanda 231 kilometr uzunluğunda boru kəmərindən və həmçinin nasos, neftvurma və nəzarət-ölçü stansiyalarından ibarət Şimal İxrac Boru Kəməri heç bir iş günü itirilmədən işləməkdədir".
Azərbaycan Respublikasının Sənaye və Energetika naziri qeyd edib ki, 2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planının icrası ölkənin ixrac potensialının artırılmasına müsbət təsir etmiş, ixrac olunan məhsulların keyfiyyəti və çeşidi artmış, xarici ölkələrdə Azərbaycan mənşəli məhsulların tanıdılması təmin edilmişdir: "Hal-hazırda 2013-cü ildə istifadəyə verilməsi planlaşdırılan çoxsaylı sənaye müəssisələrinin tikintisi davam etdirilir və bunların nəticəsində qeyri-neft sənayesi üzrə 2013-cü ildə 18,1%, növbəti 3 ildə isə orta hesabla 11,2% artıma nail olunması planlaşdırılır. Bütün bunlar bir daha təsdiqləyir ki, Ümummilli liderimiz Heydər Əliyevin zəngin və tükənməz siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən möhtərəm Prezidentimiz jənab İlham Əliyev dövlətçiliyimizi daha uca zirvələrə yüksəltmiş və Ümummilli liderimizin arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB