Politoloq: “Üçlüyün vahid namizəd ideyası uğursuzdur”

Politoloq: “Üçlüyün vahid namizəd ideyası uğursuzdur”

İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov üçlüyünün seçkilərə vahid namizədlə qatılması mümkünsüzdür. Əgər bu hal baş versə belə, bu üçlüyün Azərbaycan siyasətində uğur əldə etməsi qeyri-realdır. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev adı çəkilən üçlüyün seçkilərdə iştirakına dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, onların vahid namizədləri olsa belə yalnız 3-5 faiz səs toplaya bilərlər: "Çünki seçkilərdə digər müxalifət namizədləri də olacaq və onlar buket şəklində seçkiyə gedəcəklər. Ona görə də hakim partiyanın istənilən namizədi seçkiyə qatılsa müxalifətə qalib gələcək".

Əli Kərimlinin seçkilərdə iştirakına münasibət bildirən politoloq bildirib ki, bu şəxsin elə bir siyasi gücü yoxdur: "Belə demək mümükünsə kifayət qədər qaranlıq siyasətçidir. Həm bu günü, həm də keçmişi çox qaranlıqdır. Ona görə də seçkidə vahid namizəd olması mümkün deyil. Eldar Namazovun isə prezidentliyə namizəd olması və özünü siyasi arenaya atması anlaşılmazdır. Heydər Əliyevin idarəçilik təcrübəsini öyrənən insanalardan olan E.Namazov ulu öndərin siyasətinə qarşı çıxıb. Hesab edirəm ki, zaman özü onun cəzasını verir. Buna görə də heç kimin onu cəzalandırmasına ehtiyac yoxdur".

Politoloq bildirdi ki, Ə.Kərimli və E.Namazova nisbətən İ.Qəmbər ən normal vahid namizəd ola bilər: "Çünki bu iki şəxsə nisbətən onun müəyyən təcrübəsi var. Həm də ki, təmsil etdiyi siyasi partiya digər müxalifət partiyalarına nisbətən daha yaxşı vəziyyətdədir. Buna baxmayaraq İsa Qəmbərin həm "Nida" hərəkatına üz olmaq istəyi, həm də gənclərin qanunsuz hərəkətlərini dəstəkləməsi onun siyasi xəttinin düzgün olmadığını göstərir".

Politoloq bildirib ki, bu üç şəxsin radikal çıxışlar etməsi digər siyasi partiyaların üzərindən xətt çəkmək marağı güdür: "Çünki onu daha çox tənqid edən Sərdar Cəlaloğlu, İqbal Ağazadəni, Mirmahmud Mirəlioğlunu oyundan çıxarmaqla məşğuldur. Çünki onlarında özlərinin namizədləri var. Belə şəraitdə onlar öz aləmlərində bu məsələni həll etmiş olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə