Axtarışda olan siyasətçi prezident oldu

Axtarışda olan siyasətçi prezident oldu

Keniyanın müstəqil seçki komissiyası bu gün Keniyanın baş nazirinin birinci müavini Uxuru Keniattanın ölkənin prezdienti seçildiyini rəsmən elan edib. SİA xəbər verir ki, müstəqil seçki komissiyasının son məlumnatlarına əsasən Keniatta səslərin 50,07 faizini toplayıb. Keniattanın əsas rəqibi olan baş nazir Raila Odinqa isə 43 faizdən artıq səs toplayıb.

Kenietta Sudan prezidentindən sonra insanlığa qarşı cinayətdə günahlandırılan ikinci Afrikalı lider olacaq.

Beynəlxalq məhkəmə siyaətçidən 2007-ci ildə tayfalar arası qarşıdurmaya görə cavab verməyi tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə