Politoloq: “Ermənilər Dağlı Qarabağı Ermənistana birləşdirməyə çalışır”

Politoloq: “Ermənilər Dağlı Qarabağı Ermənistana birləşdirməyə çalışır”

"Faktdır ki, Ermənistanda və Dağlıq Qarabağda qondarma qrumun Ermənistanın tərkinbində görmək istəyənlərin sayı günü-gündən artır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçirilən seçkilərdə Dağlıq Qarabağın erməni əhalisinin iştirakına dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məşhur sosioloq Arun Adıbekyanın tədiqatından bəlli olur ki, Dağlıq Qarabağda yaşayanların 50-44%-i Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı, 44%-i isə Dağlıq Qarabağın Ermənistana birləşməsinin lehinədir: "Ermənistanda düşünürlər ki, Dağlıq Qarabağın müstəqiliyi istiqamətində aparılan siyasət iflasa uğrayıb. Buna görə də çalışırlar ki, tədricən sürüşkən anneksiya ilə Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər. Bu məsələdə bunun bir epizodu kimi qəbul oluna bilər. Bu da faktdır ki, Ermənistandakı seçkilərdə Dağlıq Qarabağdan olan hərbiçilərin hər biri məhz S.Sarkisyana səs verib".

Bütün xəbərlər Facebook səhifəmizdə