Əkbər Qoşalı: “Müşahidə Şurasının üzvləri etimadı doğrultmalıdırlar”

Əkbər Qoşalı: “Müşahidə Şurasının üzvləri etimadı doğrultmalıdırlar”

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbəri olaraq ilk növbədə cənab Prezidentə bu addımına görə, öz minnətdarlığımı bildirirəm. Bunu SİA-ya Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun Müşahidə Şurasına yeni üzvlərin təyin olunmasına münasibət bildirərkən deyib.

Ə.Qoşalının sözlərinə görə, burada diqqəti çəkən əsas məqam odur ki, bu adı çəkilən Fond əvvəlcə Gənclər və İdman Nazirliyi yanında yaradılıb: "Prezident İlham Əliyevin ötən ilin dekabr ayında verdiyi müvafiq sərəncamla isə Fond artıq Prezident Yanında fəaliyyət göstərir. Daha öncə Müşahidə Şurasının üzvləri seçki yolu ilə deyildi və prezident tərəfindən təyin olunmurdu. Yeni əsasnaməyə görə, artıq dövlət başçısı səviyyəsində Müşahidə Şurasının üzvlərinin kimliyi məsələsi müəyyənləşdirildi. Bunun özü də təbii ki, dövlət başçısının gənclər təşkilatlarına, gənclərə verdiyi böyük töhvənin parlaq nümunələrindən biridir. Hesab edirəm ki, həm dövlət orqanlarında, həm gənclər təşkilatlarında, eləcə də Müşahidə Şurasında təmsil olunan insanlar prezidentin bu etimadına yüksək səviyyədə cavab verməlidirlər. Gənclər Fondu bir ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddətdə öz prespektivi ilə seçilib".

Bütün xəbərlər Facebook səhifəmizdə