"Rusiya Raffi Hovanisyanın hakimiyyətə gəlməsinə imkan verməyəcək. Çünki Serj Sarkisyan Rusiyaya sədaqətlə xidmət edir". Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev Ermənistandakı son duruma şərh verərkən deyib.
Onun sözlərinə görə, Raffi Hovanisyan ABŞ-ın namizədi idi. Ancaq bu ölkə onu açıq şəkildə dəstəkləyə bilmədi: "Hələlik Rusiya Ermənistanda hadisələri nəzarətdə saxlamağı bacarır. Bunu nə qədər əldə saxlayacağı yaxın 10 gün ərzində məlum olacaq. Ancaq istənilən vaxt Ermənistanda hadisələr nəzarətdən çıxa bilər. S.Sarkisyan çalışır ki, müxalifətin aksiayalrına səssiz qalsın. Əgər o bu hadisələrə reaksiya versə ona qarşı əks effekt verəcək. Çünki 5 il bundan öncə ki kimi mart qırğınları baş versə bu dəfə ermənilər onu bağışlamayacaq. Buna görə də o inaqurasiya mərasiminədək səssiz qalacaq. Amma R.Hovanasiyanın tərəfdarları bir qədər aqressiv olsa mütləq qan töküləcək. Bu zaman da əks proses başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB