“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni qarfiki

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni qarfiki

"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərində həmişə gücləndirilmiş iş rejimində işləyir. Bunu SİA-ya Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bayram günləri ilə əlaqədar QSC-nın iş qrafiki haqqında məlumat verərkən belə deyib.

N.Əzməmmədovun sözlərinə görə, bayram günlərində sərnişinlərin gediş-gəlişi nəzərə alınaraq, qatarlara əlavə vaqonlar qoşulmaqla sıxlıq aradan qaldırılır: "Təbii ki, əlavə vaqonların qoşulması sərnişin sıxlığından asılı olaraq müəyyən ediləcək. Bayram günlərində daha çox Azərbaycan Qərb bölgəsinə sıxlıq müşahidə olunur".

Qiymətlərə gəlincə isə mətbuat xidmətinin rəhbəri dedi ki, bu Tarif Şurasının müəyyən etdiyi qiymətlər əsasında həyata keçirilir: "Biletlərin satışı 10 gün əvvəldən həyata keçirilir. Bununla belə online sistemi vasitəsilə eləcə də post-terminallar vasitəsilə nəğdsiz ödəniş əldə etmək mümkündür.

N.Əzməmmədov həmçinin bildirib ki, Ukraynanın "Dnepetrovsk" təmir zavodunda QSC-nın 50 ədəd vaqonu təmir olunur: "Bu vaqonlardan 15-i artıq paytaxta gətirilib və Bakı-Tiflis istiqamətində fəaliyyət göstərir. Martın sonunda digər vaqonlar da Bakıya gətiriləcək ki, bu da ölkə daxilində eləcə də beynəlxalq istiqamətdə istifadə ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə