Deputatlarımız xaricdə fikir mübadiləsi aparıblar

Deputatlarımız xaricdə fikir mübadiləsi aparıblar

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Milli Məclisdən SİA-ya verilən məlumata görə, nümayəndə heyəti paytaxt Pekində görüşləri başa çatdırdıqdan sonra Çinin Şaansi vilayətinin paytaxtı Sian şəhərində və dünyanın maliyyə mərkəzlərindən biri olan Şanxay şəhərində olub.

Daha sonra keçirilən görüşlərdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın dinamik inkişafı, son illər qazanılmış uğurlar barədə danışıb.

Tərəflər iki ölkə arasında əlaqələrin müxtəlif sahələrinə - siyasi, iqtisadi, mədəni istiqamətlərə dair fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolu böyükdür.

Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə