İsa Qəmbər qanunvericiliyinin tələblərini pozur

İsa Qəmbər qanunvericiliyinin tələblərini pozur

Mübariz Qurbanlı: İ.Qəmbərlə keçirilən görüşlər seçkiyə bağlanırsa, bu qanun pozuntusudur"

Elşən Musayev: İ.Qəmbərin keçirmək istədiyi görüşlər təxminən Lənkəran şousunun daha əhatəli, daha geniş miqyaslı variantıdır.

Müsavat başqanı İsa Qəmbər əvvəlki seçki illərində olduğu kimi bu il də, qanunverciliyin tələblərinə zidd addımlar atır. Artıq dağıdıcı müxalifət düşərgəsində adət halını alan belə addımları İ.Qəmbər yenidən təkrarlayır. Belə ki, onlara xidmət edən mətbu orqanlarda, sosial şəbəkələrdə İ.Qəmbəri prezidentliyə namizəd kimi təqdim edirlər. Bununla yanaşı təbliğat xarakterli paylaşılan foto şəkil diqqət çəkir. Seçki kampaniyası başlamamış müsavat partiyasının bu addımı sözsüz ki, seçki qanunvericiliyinin tələblərinə ziddir.

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirdi ki, seçki kampaniyası başlamadığı bir vaxtda Müsavat başqanı İsa Qəmbərin görüşlərini seçki görüşləri adlandırmaq düzgün deyil: "Amma partiya kimi müxtəlif görülər keçirə bilər. Əgər bu görüşlər seçki adı altında deyil, adi partiya görüşü kimi səsləndirilsə onda burada qanun pozuntusu yoxdur. Yox, əgər İ.Qəmbərlə keçirilən görüşlər seçkiyə bağlanırsa, bu qanun pozuntusudur".

YAP İcra katibinin müavini onu da vurğuladı ki, keçirilən görüşlərdə prezidentliyə namizəd sözünü işlədirlərsə, partiya başqanı adı altında prezidentliyə namizəd kimi görüşürsə bu qanun pozuntusudur. Hələ seçki kampaniyası başlamayıb. Əgər insanları namizədlə görüş adı altında bir yerə yığırlarsa bu tamamilə qanunvericiliyin tələblərinə ziddir.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev İsa Qəmbərin hələ seçkilərə 7 ay qala, bu şəkildə ortalığa atılması, özünü sanki rəsmi qeydiyyatdan keçmiş namizəd kimi aparması ilk öncə seçki qanunlarına, Azərbaycan Respublikasının Konstitusiaya meydan oxumaq, bütün qanunvericilik aktrlarını görməzdən keçmək, ən nəhayət öz uğursuz timsalında növbəti şounu sərgiləmək məqsədi güdür: "Bu adam gerçəkdən artıq nə elədiyinin fərqində deyil. Hələ imkanı olsa ölkə boyunca hər yerə öz şəkillərini, posterlərini də yapışdırar və utanmadan adamın üzünə də durar ki, elə belə də olmalıdır! Nə deyəsən buna?! Adını siyasətçi qoyub. 25 ildir siyasətlə məşğul olduğunu iddia edir. Amma özünü nə qədər bəsit təfəkkürün sahibi , nə qədər cahil, hüquqdan, qanundan, siyasətdən xəbərsiz kimi aparır".

Partiya sədri onu da qeyd etdi, tam səmimi deyirəm, mən İsa Qəmbərin planlanan görüşləri ilə bağlı "Yeni Müsavat"da dərc olunan həmin anunsu oxuyanda elə bildim bu hansısa seçkidən fraqmentdir, köhnə arxivdən xatırlatmadır: "Amma bir də diqqətlə baxanda anladım ki, adam əməlli başlı siyasi şou düzənləyir. Və həmin şounun belə bir həssas məqamda qəsdən ortaya atılması dövlətə və hakimiyyətə qarşı planlanan, eyni zamanda nəticələri öncədən hesablanmış bir provokasiyadır. İ.Qəmbərin keçirmək istədiyi görüşlər təxminən Lənkəran şousunun daha əhatəli, daha geniş miqyaslı variantıdır. Amma İsa Qəmbər əgər dövlətin gücünü, qanunun gərəkdirdiyi tələbləri unudursa, çox yanılır. Hər zamankı kimi yanılır. İsa Qəmbər təfəkkürdə olanlar bundan belə yüz il də çaba sərf etsələr Azərbaydan onların arzuladığı anarxiya həddinə gəlməyəcək. Bu yalnış addımın hüquqi və siyasi cavabı olmalıdır. Həm də mütləq olmalıdır. Yoxsa bənzər sərgüzəştləri hələ çox izləməli olacayıq".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə