Millət vəkili fransız həmkarına məktub yazdı

Millət vəkili fransız həmkarına məktub yazdı

Milli Məclisin üzvü Aydın Mirzəzadə Fransa Parlamentinin deputatı Fransua Roşeblouna məktub yazdı

Fransa Respublikası Milli Assambleyasının deputatı cənab Fransua Roşenblouna

Sizinlə mən Avropa Şurası Parlament Assambleyasında birgə fəaliyyətdən tanışam. Hərəmiz öz ölkəmizin təmsilçisi kimi həm ölkələrimizin, həm də ümümavropa məsələlərinin müzakirələrində dəfələrlə çıxışlar etmişik. Siz yadımda daha çox Ermənistanın maraqlarının ciddi müdafiəçisi kimi qalmısınız.

Ona görə də Sizin 26 fevral tarixində Parisdə, Fransa Milli Assambleyasının binasında Erməni Məsələləri üzrə Fransa Bürosu tərəfindən təşkil olunan tədbirdə iştirakınıza təəccüblənmədim. Mümkündür ki, hətta orada Azərbaycanda olmadığınız halda ölkəmizlə bağlı geniş çıxış da etmisiniz.
Ancaq təəccübləndim ki, həmin tədbirdə iki azərbaycanlı gəncin erməni əsilli iştirakçılar tərəfindən vəhşicəsinə döyməsinə sakitcə seyr etmisiniz. Fransada təhsil alan azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynov tədbir zamanı "demokratikcəsinə" döyülmüş, onların kömək çağırışlarına isə heç kim məhəl qoymamışdır. Buna səbəb isə onların tədbir iştirakçılarından 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülümş minlərlə azərbaycanlının xatirəsinin yad edilməsini istəmələri olub.

Tədbirdə olan 150-yə qədər erməni əslli iştirakçı sizin gözünüz qarşısında qadının və gəncin üzərinə düşüb onları vəhşicəsinə döyməyə başlayıblar. Onlar ciddi zədələr almış, həkim köməyinə və müalicəyə ehtiyac yaranmışdır. Siz kütlənin iki gənci (onlardan biri gənc qızdır) mənzərəni görməsəniz də səsləri eşitməli və reaksiya verməli idiniz. Sual edirəm, hörmətli fransalı həmkarım, niyə susdunuz, niyə erməni dostlarınızı insanlığa yaraşmayan hərəkətlərdən çəkindirmədiniz? Qadına əl qaldırmaq, onu hamılıqla döymək nə zamandan bu sivil norması sayılır? Siz baş verən hadisə ilə bağlı təəssüf hissi keçirdiyinizi bildirirsiniz. Ancaq olmazdımı ki, orada məsələyə müdaxilə edib, vəhşiliyi dayandırmağı, insan hüquqlarına hörmət edilməsini tələb edəydiniz?

Siz həmin iki nəfərin bu tədbirdə iştirak etməsinə təəccübləndiyinizi bildirirsiniz. Anlamıram, Fransa parlament binasında ictimai təşkilatın keçirdiyi tədbirin niyə qapalı olunmsına çalışılır. Orada onların cəmiyyətin bilməsi məsləhət bilmədiyi hansı məsələlər müzakirə edilirmiş?

26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mühasirədə olan və silahsız Xocalı şəhərinə gecə hücüm edərk, 613 nəfəri öldürmüşlər, onlardan 63-i uşaq, 106-sı qadın, 70-i qoca idilər. 8 ailə tamam öldürüldü, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirdi. Həmin gecə erməni silahlı qüvvələri Xocalının 1275 nəfər dinc sakinini əsir götürdülər. 150 nəfər itkin düşdü. İki azərbaycanlı gəncin istəyi demokratik ölkədə demokratikcəsinə bu həqiqətlərin xatirəsinin anılması idi. Əvəzində isə 21 il öncəsi Xocalı faciəsi az qala yenidən təkrar olunacaqdı.

İnanıram ki, Fransa parlament binasında baş verən hadisə və Xocalı faciəsi ilə əlaqədar yazdığım məlumat sizə erməni millətçiliyin əsl simasını aydın görməyə kömək edəcək və siz xalq tərəfindən seçilmiş səlahiyyətli şəxs kimi hadisə barəsində parlament iclasında çıxış edərək, təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə