"Sumqayıt hadisələri Rusiyanın Qafqazdan çıxmasının qarşısının alınması üçün Moskva təhlükəsizlik orqanları tərəfindən hazırlanan siyasi təxribat idi". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Sumqayıt hadisələrinin əsl mahiyyətinə şərh verərkən deyib.
Onun sözlərinə görə, hadisələr planlaşdırılmış şəkildə həyata keçirilmişdi: "Hadisələr əvvəlcədən planlaşdırılmışdı. Olaydan bir həftə əvvəl şəhərdə ermənilər arasında həyəcan yaşandığı açıq görünürdü. Hadisələrdən əvvəl əhali arasında söz-söhbət gedirdi. Bir həftə əvvəl polislərin silahlarının yığışdırılması, ermənilərin banklardan pullarını çıxarması Sumqayıt hadisələrinin baş verəcəyindən xəbər verirdi. Hadisələr başlamazdan qabaq Dağlıq Qarabağ məsələsi artıq başlanmışdı. Dağlıq Qarabağın Xalq deputatlar soveti qərar çıxarmışdı ki, DQMV-i Azərbaycanın tərkibindən çıxarılsın. Ermənistan SSR-nin parlamenti də belə bir qərara razılığını vermişdi. Ona görə də SSRİ dağılanda Rusiyanın Qafqazdan çıxmaması, eyni zamanda Qorboçovun ermənilərə verdiyi sözü tutması üçün ciddi bir təxribat lazım idi. Bu təxribatın mərkəzi də Sumqayıt oldu. Bu hadisələrin ilk variantını 1986-cı ildə Qazaxıstanda həyata keçirməyə çalışdılar. Amma bu cəhd uğursuz alındı. Bu uğursuzluğu aradan qaldırmaq üçün Suqayıtda çox gözəl təxribat hazırlandı. Əvvəlcədən şəhərin müxtəlif yerlərində kameralar quruldu. Öldürüləcək ermənilərin ev ünvanları dəqiqləşdirildi. Sumqayıt da fəhlə şəhəri olduğuna görə, siyasi elita formalaşmamışdı. Bunu nəzərə alan erməni-rus təxribatçıları kütləyə uyğun siyasət yürütdülər. SSRİ Azərbaycanın siyasi cəhətdən əl ayağını bağlamaq üçün Sumqayıtdan istifadə etdi. Qriqoryanın başçılığı ilə həyata keçirilən təxribatın səbəbkarlarını aradan çıxardılar. Artıq 2 gün sonra Fransa KİV-lərində bu hadisələr işıqlandırıldı. Haqsız yerə görülən bütün bu işlər nəticəsində Azərbaycan haqqında dünya ictimaiyyəti arasında yalnış fikirlər formalaşdırıldı. Bu gün həqiqətlərin dünyaya çatdırılması, hadisələrin iç üzünü göstərmək üçün dövlətimiz müxtəlif üsullarla mübarizə tədbirləri həyata keçirir".
Qeyd edək ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahidlərin ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB