ATGTİ bəyanat yaydı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) baş vermiş bu hadisədən dərin narahatçılıq keçirir. Baş verən hadisə ilk əvvəl insan hüqüqularına, onun təməl prinsipi olan söz və düşüncə azadlığına, demokratiyaya və dözümlüzlüyə böyük zərbədir. ATGTİ-nin sədri Şahin İsmayılovun SİA-ya verdiyi məlumata görə, Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Hal-hazırda Fransada yüzlərlə azərbaycanlı tələbə təhsil alır: "Ölkələrimiz arasında olan əməkdaşlıq yalnız təhsil sahəsini deyil, müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan ali və orta məktəblərində fransız dili, mədəniyyəti və tarixi geniş şəkildə tədris olunur. Bütün bunlara baxmayaraq Fransada belə hadisələrin yaşanması Azərbaycan gəncliyini, xüsusilə də biz tələbələri çox narazı salır. Bir tələbə İttifaqı olaraq Biz Fransada təhsil alan bütün azərbaycanlı tələbələrlə həmrəy olduğumuzu bildirir və Fransa dövlətindən bu işin ciddi şəkildə araşdırılmasını, cinayətkarların tez bir zamanda cəzalandırılmasını, təhsil alan tələbələrin təhlükəsizliyinin daha ciddi şəkildə təmin olunmasını, söz və fikir azadlığına hörmət olunmasını tələb edirik.

Fransa Parlamentinin bir qrup deputatını tarixi həqiqətləri təhrif edən tədbirlərə alət olmamağa çağırır və belə hadisələrdə iştirakdansa real tarixi faktları araşdırmağı tövsiyə edirik.

Biz ümid edirik hadisələrin günahkarları qısa vaxtda öz cəzalarını alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə