Asim Mollazadə: “Vadim Dubnovun fikirlərinin arxasında Rusiyanın açıq maraqları durur”
Vadim Dubnovun söylədiyi fikirlərin arxasında Dağlıq Qarabağ münaqişəsini yaradan və Cənubi Qafqaz bölgəsində sabitliyi pozmaq və hərbi nəzarətdə saxlamaq istəyən Rusiyanın açıq maraqları durur. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Rusiya bu gün hər vəchlə Azərbaycandakı sabitliyi pozmağa çalışır: "Rusiya mətbuatında son vaxtlar Azərbaycana qarşı təxribat dolu yazıların dərc edilməsi Azərbaycanın sürətli inkişafı və Cənubi Qafqazın lider dövlətinə çevrilməsidir. Rusiya bu kimi addımlarla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına səbəb olan addımlar atır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB