Elman Nəsirli: “Türkiyə prezidentinin bu addımı təəccüb və təəssüf doğurur”
"Məsələ ondadır ki, Ermənistanın dəyişməz mövqeyi var. İşğalçı ölkənin Türkiyə ilə bağlı konkret iddiaları (ərazi, qondarma erməni soyqırımı, təzminat, Dağlıq Qarabağ və s.) mövcuddur və geri çəkilmək niyyətində də deyillər. Məhz buna görə də bu son nəticədə fiaskoya uğramalı idi". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Serj Sarkisyanı növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Abdulla Gülün artıq bir dəfə "Futbol diplomatiya"sı olub: "A.Gül yenidən bu addımını təkrarlamaq istəyir. Hesab edirəm ki, Türkiyə prezidenti 2008-ci ildəki uğursuzluqdan və uğursuz Ermənistanla bağlı xoş niyyətdən irəli gələn əslində perspektivi olmayan jestini növbəti dəfə təkrarlayır. Məsələ ondadır ki, Ermənistandakı seçkilərin nəticələri çox böyük mübahisə doğurur. Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyan qeyd edib ki, o heç bir halda seçkinin nəticələri ilə barışmayacaq. Belə bir vəziyyətdə Ermənistanla heç bir diplomatik münasibətləri olmayan və münasibətlərin gərginləşməsi üçün kifayət qədər səbəblər olan reallıqlar fonunda, Türkiyə prezidentinin belə bir addımı sadəcə olaraq təəccüb və təəssüf doğurur. Bu adımın mahiyyətini və məzmununu analiz etdikdə tutarlı arqument tapmaq belə mümkün olmur. Hesab edirəm ki, bu cür düşüncələrin real əsası yoxdur. A.Gül hamıdan yaxşı bilir ki, Ermənistan dövləti və dünyadakı erməni lobbisi, uydurma, qondarma erməni soyqırımının 2015-ci ildəki yüz illiyinə necə yüksək səviyyədə hazırlaşırlar. Belə olan təqdirdə bütün bunlar başa düşülən idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB