Xocalı faciəsi Misir mətbuatında

Cari ilin 16 fevral tarixində Misirin geniş oxucu auditoriyasına malik qəzetlərdən biri olan "Əl-Məsəiyyə" qəzetində Baş redaktor müavini Məhəmməd Sələmənin "Xocalı soyqırımın 21-ci ildönümündə beynəlxalq pisləmə" sərlövhəli məqaləsi dərc edilib. SİA-nın məlumatına görə, M.Sələmə məqaləsində erməni silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca və qarı olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 1000 nəfərin yaralandığını, 1275 xocalılının əsir və 150 xocalılının itkin düşdüyünü oxucuların diqqətinə çatdıraraq, bu soyqırımın bir çox ölkə tərəfindən pisləndiyini xüsusilə qeyd edib, ABŞ və bir sıra Avropa ölkələrində Xocalı soyqırımı ilə bağlı həmrəylik tədbirlərinin keçirildiyini önə çəkib.

Baş redaktor müavini bildirib ki, "Azərbaycanın Qahirədəki səfirliyi yaydığı bəyanatında Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən amansız həlqəsi olduğunu ifadə edərək, bu soyqırımın Azərbaycana qarşı təcavüz edən Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyini vurğulayıb, həmin faciənin XXI əsrdə ən amansız beynəlxalq terror cinayətlərindən biri olduğunu diqqətə çatdırıb".

Məqalədə həmçinin, səfirliyin bəyanatına istinadən soyqırımının təfərrüatları barədə geniş məlumatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə