"Gənclərlə çalışan biri olaraq deyə bilərəm ki, belə problemli hallar mövcuddur. Bəziləri hərdən cızığından çıxır. Ölkə başçımız da bununla bağlı öz sərt fikirlərini dedi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığı ilə bağlı sərt bəyanatına münasibət bildirərkən deyib.
"Cənab prezident mütəmadi olaraq cəmiyyətdə gedən proseslərlə bağlı öz fikirlərini lazımı şəkildə bildirir. Bizim prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə hər hansı şərh bildirməyimizə ehtiyac yoxdur. Çünki ölkə başçısı lazım olan hər sözü deyir",- deyə millət vəkili sözlərinə əlavə edib.
Lazımi insanların bu fikirlərdən özlərinə nəticə çıxarmalı olduğunu deyən F. Muradov qeyd edib ki, Azərbaycan gəncləri hər zaman cənab prezidentin yanındadır: "Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB