"Milli qeyrəti olan adam Əkrəmi müdafiə etməz"

"Milli qeyrəti olan adam Əkrəmi müdafiə etməz"

"Əkrəm Əylislinin "Daş yuxular" əsərinin müdafiə olunacaq bir tərəfi yoxdur. O, bu kitabı yazıb "Drujba narodov" ("Xalqlar dostluğu) jurnalında çap etdirəndə elə fikirləşirdi ki, onu anti-Azərbaycan qüvvələr dəstəkləyə bilər. İstər ABŞ Dövlət Departamenti, istərsə də beynəlxalq təşkilatların hər hansı biri Əkrəmi müdafiə edəndə bunu çox təəssüf ki, söz azadlığı, yazıçı azadlığıda dəstək niyəti ilə etməyəcək. Əksinə, onların bu müdafiəsi "Daş yuxular"da qoyulan azərbaycanlıların başqa millətlərə qarşı düşmənçiliyi və eyni zamanda ermənilərin mövqeyini dəstəkləmək niyyətilə ediləcək. Doğurdan da söz azadlığı və yazıçı hüquqlarının qorunması uğrunda hardasa bir kompaniya başlasaydı ilk növbədə onu müdafiə edənlərdən biri mən olardım".

Bu fikirləri SİA-ya açıqlamasında VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Əkrəm Əylislini müdafiə edənlərin mövqeyinə münasibət bildirərkən deyib. O qeyd edib ki, "Bu əsər türk düşmənçiliyi niyyətilə yazılıb. Bu Azərbaycana böyük zərbədir, xəyanətkarlıqla yazılmış bir əsərdir. Ona görə də onu kim müdafiə edirsə etsin Azərbaycanın mövqeyi bəllidir. İçində azacıq milli qeyrət olan, millətimizin gələcəyini düşünən adam heç vaxt Əkrəmi müdafiə etməz. Əkrəmə heç kim gözün üstə qaşın var demir. O burda yaşayır, hətta televiziyaya çıxıb özünü də müdafiə edir. Sırf siyasi mövqedən və problemlər yaratmaq niyyətilə yazılan bir əsərdir. Ona görə anti-milli qüvvələr özlərini ortaya atırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə