"Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması avantürist addım olar". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Erebunidə seçicilərlə görüşən hazırki prezident Serj Sarkisyan deyib. O, bildirib ki, seçkilərdə iştirak edən bəzi namizədlər, xüsusən də ölkənin sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovanisyan Dağlıq Qarabağın müstəqilliyin tanınmasının vacibliyini bildirirlər: "Raffi Ovanisyan təşviqat kampaniyasında bildirir ki, prezident seçilsə, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu, çox böyük avantüradir. Bu sözləri deyən şəxs anlamalıdır ki, burada söhbət ciddi qərarlardan gedir. Maraqlısı budur ki, bu sözləri özünü xarici siyasət sahəsində mütəxəssis sayan R.Ovanisyan deyir".
Qeyd edək ki, İrs Partiyasının sədri Raffi Ovanisyan təşviqat kampaniyası zamanı qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının vacibliyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB